AZ

Soyuq havalarda uşaqlarda yaranan oynaq ağrılarının səbəbi - Həkim AÇIQLADI

Bakı. Trend:

Soyuq havalarda uşaqlarda oynaq ağrıları bir neçə səbəbdənyaranır. Bu ağrılar bəzən sadə bəzən isə daha ciddi bir vəziyyətinəlaməti ola bilər.

Trend xəbərverir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqramhesabında canlı yayımda nazirliyin Elmi-Tədqiqat Travmatologiya vəOrtopediya İnstitutunun (ETTOİ) Baş həkimi Nizami Məmmədovaçıqlayıb.

Onun sözlərinə görə, soyuq hava əzələlərin və oynaqlarınsıxılmasına və bu da uşaqlarda diskomfort və ağrıya səbəb olabilər:

“Havanın temperaturunun azalması qan dövranının zəifləməsinəsəbəb olur, əzələ və oynaqlarda sərtlik və ağrıların yaranmasıhissi yaradır. Xüsusilə 3-12 yaş arası uşaqlarda sürətli böyümədövrlərində oynaq və əzələ ağrıları müşahidə edilir. Virus və yabakterial infeksiyalar (məsələn, qrip, soyuqdəymə və ya angina)zamanı immun sistemi bu infeksiyalarla mübarizə apararkən iltihabıreaksiyalar yaranır ki, bu da oynaqlarda ağrılarlanəticələnir”.

N.Məmmədov qeyd edib ki, revmatik qızdırma, juvenil revmatoidartrit kimi autoimmun xəstəliklər soyuq havalarda özünü daha çoxbüruzə verir:

“Belə hallarda ağrılarla yanaşı, oynaqlarda şişlik, hərəkətməhdudiyyəti və ya temperatur da müşahidə edilir. Soyuq havalardauşaqlar daha az hərəkət edir. Bu da əzələ sərtliyinə və oynaqağrılarına səbəb olur. Fiziki aktivlik azaldıqda əzələ və oynaqlaryetərincə işləmədiyi üçün diskomfort yaranma ehtimalı artır. Buzaman valideynlərə belə bir tövsiyə verə bilərik ki, uşağı istigeyinmək, xüsusən də oynaq bölgələrini (dizlər, dirsəklər) soyuqdanqorumaq. Müntəzəm yüngül fiziki fəaliyyət uşağın əzələ vəoynaqlarını hərəkətdə saxlayır. D vitamini və digər vitaminlərədiqqət yetirmək vacibdir. Ağrılar davam edərsə və ya şişlik,hərəkət məhdudiyyəti kimi simptomlar müşahidə olunarsa, mütləqpediatr və ya uşaq revmatoloquna müraciət etsinlər. Bu səbəblərmüvəqqəti olsa da, bəzi hallarda ciddi bir xəstəliyin əlaməti olabilər. Belə hallarda erkən diaqnoz və müalicə çox vacibdir”.

Məqalədə:
Seçilən
24
4
az.trend.az

5Mənbələr