AZ

Azərbaycanda 21 yaşlı futbolçunun qolu sınıb - Stadionda qorxulu anlar

Futbol üzrə Azərbaycanın 2-ci Liqasının 13-cü turu çərçivəsində keçirilən "Şəmkir" - "Lerik" oyununda qorxulu anlar yaşanıb.

İdman.biz Mediasport.az-a istinadən xəbər verir ki, Şəmkir Olimpiya İdman Kompleksində keçirlən qarşılaşmada meydan sahiblərinin yarımmüdafiəçisi Ümid Nağdalıyevin qolu sınıb.

Hadisə matçın 40-cı dəqiqəsində qeyd alınıb. Rəqiblə mübarizə zamanı yerə yıxılan 21 yaşlı futbolçu meydandan təcili yardım avtomobili ilə çıxarılıb.

Qeyd edək ki, görüşdə "Şəmkir" 4:1 hesabı ilə qalib gəlib.

İdman.biz

Seçilən
11
1
idman.biz

2Mənbələr