Barış Arduçla Hande Erçelin diqqət çəkən filmi “Rüzgara bırak” kinoteatrlarda nümayiş olunacaq.
Sfera.az xəbər verir ki, bu barədə jurnalist Birsen Altuntaş məlumat yayıb.
O bildirib ki, ekran işi “Netflix”dən öncə kinoteatra çıxarılacaq.
Hətta film Azərbaycanda da nümayişə başlayacaq.
Bakıda qala keçirilib-keçirilməyəcəyi, yaxud da aktyorların buradakı təqdimatda iştirak edib-etməyəcəyi ilə bağlı suallar yaranıb.