1997-ci ildə ABŞ-nin İndiana ştatında 4 nəfərin ölümündə təqsirli bilinən Cozef Korkoranın edam edilməsi ilə 15 ildən sonra ilk ölüm hökmü əyalət səlahiyyətliləri tərəfindən həyata keçirilib.
"Cebheinfo.az" xəbər verir ki, qardaşı və bacısının nişanlısı da daxil olmaqla 4 nəfəri qətlə yetirən Korkoranın edamı tarixə düşüb.
Onun vəkilləri Korkoranın psixi sağlamlığının illərlə pozulduğunu əsas gətirərək ölüm hökmünün dayandırılmasını tələb etmişdilər, lakin bu tələb rədd edilib.
Matthew Vrinkles adlı cinayətkar sonuncu dəfə 2009-cu ildə İndiana ştatının hakimiyyət orqanları tərəfindən edam edilib.
Bundan sonra ştatda 13 ölüm hökmü icra olundu, lakin bunları federal hakimiyyət orqanları həyata keçirib.