AZ

Juninyo “Sevilya”ya yox, bu kluba getmək istəyir - ÖZƏL

Daha əvvəl xəbər verdiyimiz kimi İspaniyanın “Sevilya” klubu “Qarabağ”ın forvardı Juninyo Olavionu transfer etmək istəyib.

Apasport.az saytına verilən məlumata görə, transferin reallaşmamasının bir neçə səbəbi olub.

Məlumata görə, həmin səbəblərdən biri Juninyonun komandanı qışda tərk etmək istəməməsi olub. O, “Qarabağ”ı ən yaxşı halda yayda tərk edəcək.

Digər məsələ isə forvard, avrokuboklarda oynayan komandaya keçmək istəyir. Belə ki, “Sevilya” hazırda davam edən İspaniya çempionatında 11-ci yerdə qərarlaşıb və avrokubok zolağından bir qədər uzaqdadır.

Ən son səbəb isə Juninyonun “Srvena Zvezda”ya keçmək ehtimalının olmasıdır. 

Belə ki, Serbiya nəhənginin skautları hətta onu canlı izləmək üçün Bakıya da təşrif buyurmuşdu. Serbiya çempionatının cari mövsümündə ən yaxın izləyicisi "Partizan"ı 14 xal qabaqlayaraq liderlik kreslosunda əyləşən Srvena Juninyo ilə gücünə güc qatmaq istəyir. "Qırmızı ulduzlar"ın növbəti mövsüm Çempionlar liqasında oynayacağı heç bir şübhə doğurmur. Bu səbəbdən Olavio da Serbiya təmsilçisinə keçidə daha isti yanaşır.

Amma öncəliyi “Sevilya”ya verən “Qarabağ” rəhbərliyi Juninyo üçün istədiyi məbləği alacağı təqdirdə, böyük ehtimalla onu İspaniya klubuna satacaq. Bütün bu suallara isə mövsümün sonunda aydınlıq gələcək. 

Aldığımız məlumata görə, Juninyo mövsümü “Qarabağ”da başa vurmaq niyyətindədir. 

Xatırladaq ki, 28 yaşlı forvardın “Qarabağ”la müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.

O, Ağdam klubuna 2023-cü il iyulun 1-də keçib.

Buna qədər Juninyo “Atletiko Paranaense”, “Portimonense”, “Novorizontino”, “Fiqueyrense”, “Vila Nova”, “Eştoril”, “Çaveş” klublarında oynayıb.

AFFA-nın təşkilatçılığı ilə fitnes məşqçilik kursunun IV mərhələsi keçirilib

UEFA-dan Azərbaycan millisinə xəbərdarlıq

I Liqa: MOİK "Baku Sportinq"ə qarşı - YENİLƏNİR

Vitali Borisov: "Bu oyunda qələbəyə layiq idik"

Millimiz İsveçlə heç-heçə etdi - YENİLƏNİB

Seçilən
13
apasport.az

1Mənbələr