AZ

Xəstəxanalarda olan sıxlıq BELƏ AZALDILACAQ / VİDEO

“Tibb müəssisələrimizdə pasiyentlər arasında sıxlığı minimuma endirmək üçün canlı və onlayn növbə sistemləri təşkil olunub. Pilot layihə olaraq onlayn növbə sistemi Yeni Klinikada tətbiq olunur. Daha 5 tibb müəssisəsində isə hazırlıq prosesi davam edir. 2024-cü il ərzində vətəndaşlar 1 milyondan çox canlı növbə, 80 minə yaxın isə onlayn növbə xidmətindən istifadə ediblər”.

Referans.az xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov “Səhiyyə İdarəçiləri Zirvəsi 2024”ün “Səhiyyədə yeni imkanlar” mövzusunda panel sessiyasında çıxışı zamanı deyib.

V.Qurbanov bildirib ki, Cənubi Qafqazda ilk dəfə olaraq TƏBİB-in tabeliyində fəaliyyət göstərən Yeni Klinika üçün beynəlxalq nüfuza malik HIMSS təşkilatının EMRAM 6 akkreditasiya sertifikatının əldə olunması Azərbaycan səhiyyəsinin uğurlarındandır.

“Xəstəxana İdarəetmə Sisteminin təkmilləşdirilməsi üzərində də işlər aparılır. Sözügedən sistemin təkmilləşdirilməsi və tətbiq dairəsinin genişləndirilməsi istiqamətində önəmli addımlar atılır və bu proses gələcəkdə də davam etdiriləcək. Təcili və təxirəsalınmaz tibbi yardımın iş prosesinin rəqəmsallaşdırılması da əsas prioritetlərimizdəndir”, – deyə o əlavə edib.


Daha ətraflı videoda:



Seçilən
29
referans.az

1Mənbələr