AZ

Dincə qoyulan torpaqlara subsidiya veriləcək

“Dincə qoyulan torpaqlara görə fermerlərə subsidiyanın verilməsi müsbət qərardır”.

Bu sözləri Hit.az-a aqrar sahə üzrə ekspert Akif Nəsirli deyib. 

O bildirib ki, torpaq dincə qoyulanda ona müəyyən xidmətlər göstərilir: 

“Torpağa göstərilən aqrotexniki xidmətlərin içərisində müəyyən gübrələr verilməlidir. Dincə qoyulan torpaqlar üçün veriləcək subsidiya fermerə tam şəkildə nağdlaşdırılaraq verilməlidir. Belə olarsa kənd təsərrüfatı sahəsi inkişaf edər".

Xatırladaq ki, Prezident İlham Əliyev “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” fərmanda dəyişiklik edilməsi barədə fərman imzalayıb. Fərmana əsasən, dincə qoyulmuş torpaqlara görə subsidiya veriləcək.

Sevinc

Seçilən
3
hit.az

1Mənbələr