Bu ilin yanvar-noyabr aylarında Azərbaycana 114 milyon 792 min dollar dəyərində 2 min 871 ədəd elektromobil idxal olunub.
Ölkəyə gətirilən yük avtomobillərinin sayı artıb, qiyməti bahalaşıb - RƏQƏMLƏR
FED.az bu barədə Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir.
2023-cü ilin eyni dövrü ilə müqayisədə elektromobillərin idxalı dəyər ifadəsi ilə 3 milyon 744 min dollar və ya 3,4% artıb, miqdar ifadəsi ilə isə 134 ədəd və ya 4,9% artıb.
Ötən ilin eyni dövründə xaricdən 111 milyon 47 min dollar dəyərində 2 min 737 ədəd elektromobil gətirilmişdi.
1 ədəd elektromobilin orta idxal qiyməti 2024-cü ilin 11 ayının nəticələrinə görə orta hesabla 39 min 983 dollar (67 min 972 manat) olub ki, bu da son bir ildə 589 dollar (1 min 2 manat) və ya 1,5% ucuzlaşma deməkdir.
2023-cü ilin yanvar-noyabr aylarında isə 1 ədəd elektromobilin orta idxal qiyməti 40 min 573 dollar (68 min 974 manat) olub.