"Neftçi" qış fasiləsində heyətini gücləndirmək niyyətindədir.

Offsideplus.az xəbər verir ki, Samir Abasovun əsas məqsədi müdafiə xəttində dəyişiklər etməkdir. Mütəxəssis flaqmanın sağ cihanındakı uzun illərdir davam edən problemi bitirmək haqda düşünür. Məşqçinin fikrindəki oyunçu Abdulla Rzayevdir. Çalışdırıcısı 22 yaşlı futbolçunu komandasında görmək istəyir. Samir Abasov bu fikrini klub rəhbərliyinə çatdırıb.

Ötən mövsüm "Araz-Naxçıvan"ın heyətində parlayan futbolçu cari "futbol ili"ndə "Sabah"da forma şansı əldə edə bilmir. Müdafiəçi "bayquşlar"ın heyətində cəmi 2 oyuna çıxıb. Abdulla bu qarşılaşmalarda 1 məhsuldar ötürmə edib.