«Qarabağ» 1 həftəlik fasilədən sonra öz yerinə, zirvəyə döndü.
İsveçdə «Elfsborq»a 0:1 hesabıyla uduzaraq Avropa Liqasında pley-off mərhələsinə vəsiqə qazanmaq şansını möcuzəyə buraxan komanda Premyer Liqaya dönüşündə «Sumqayıt»ın qapısından 5 cavabsız top keçirdi və turnir cədvəlində zirvəni «Araz-Naxçıvan»dan geri aldı.
Avropada şans qazanmayan Musa Qurbanlı bu dəfə dubla imza atdı. Nəriman Axundzadə həm özü qol vurdu, həm də Musaya iki məhsuldar ötürmə verdi.
Qurban Qurbanov hesabat həftəsinin son oyununda bütün aparıcı futbolçuların xidmətindən yararlanmadı. Juninyo, Zubir və digərlərinə istirahət haqqı tanıdı.
5:0 nə söyləyir? Doğrusu, heç nə.
«Qarabağ» gəzə-gəzə 90 dəqiqəni başa vurdu. Topu ayaqda saxlamaqla, gücə qənaət etməklə, meydanda düzgün bölüşməklə «Sumqayıt»ı tez əldən saldılar.
Topa həsrət qalan qonaqlara daha 3-4 top vura bilərdilər. «Qarabağ»ın daha biağırçı həddə çatmasına özü imkan vermədi.
Fikirləşdilər ki, «Elfsborq»a uduzub gəlmişik, «Sumqayıt»a 8-9 top vursaq, ictimai qınağa tuş gələrik, bizə deyərlər ki, onlara gücünüz çatmadı, bunları niyə belə amansızlıqla «kötəkləyirsiz»?
Bu sözləri eşitməkdən çəkindilər, oyun 5:0 qurtardı..
MUSA