AZ

Qəzada ölən xanımının fotosunu görüb ağladı - VİDEO

İran Prezidenti Məsud Pezeşkian Tehranda ailə ilə bağlı keçirilən beynəlxalq konfrans zamanı göz yaşlarına hakim ola bilməyib.

Avtosfer.az “Mehr” agentliyinə istinadən xəbər verir ki, buna səbəb ekranda Peşezkianın mərhum həyat yoldaşının və ailə fotolarının nümayiş etdirilməsi olub.

Nitq söyləmək üçün dəvət olunan İran lideri çıxışına davam edə bilməyib və üzr istəyərək tribunanı tərk edib.

Pezeşkianın tədbirdən bu görüntülərini isə İran mediası paylaşıb.

Xatırladaq ki, 70 yaşlı siyasətçinin yoldaşı və övladlarından biri 1993-cü ildə avtomobil qəzasında həlak olub. O, digər 2 oğlu və 1 qızını tək böyüdüb və sonradan evlənməyib. Onun qızı Zəhra Pezeşkian kimya üzrə magistr dərəcəsinə sahibdir.

(qafqazinfo)

Seçilən
1
9
avtosfer.az

10Mənbələr