AZ

Daha bir zabit hakim qarşısına çıxarılır - 9 milyonluq mənimsəmə

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik-leytenant Rəşad Məlikzadənin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

“Qafqazinfo”nun məlumatına görə, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən toplanmış materiallar baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

İşi Rafiq Abbasovun sədrlik etdiyi hakimlər heyəti araşdıracaq. Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.

İttihama görə, R.Məlikzadə vəzifə saxtakarlığına yol verərək 9 milyon 369 min manat mənimsəyib.

Ona qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, 2022-ci ilin əvvəlində Dövlət Təhkükəsizliyi Xidməti Müdafiə Nazirliyində qanun pozuntuları ilə bağlı əməliyyat keçirib.  İş üzrə cinayət məsuliyyətinə cəlb edilən zabitlərə qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb. İş üzrə dövlətə dəymiş 143 milyon manatdan çox ziyan dəyib. Əməliyyatla həbs edilən bir sıra zabitlərin məhkəməsi davam edir.

Seçilən
530
11
olke.az

10Mənbələr