AZ

"Al Arabiya": "HƏMAS razılaşdı"

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, "Al Arabiya" telekanalı HƏMAS təşkilatının yaşlı və xəstə girovları azad etməyə razı olduğunu bildirib.

Telekanalın iddiasına görə, hərəkat Qəzza sektorunda atəşkəs razılaşmasının birinci mərhələsində hərbi əməliyyatların tam dayandırılması tələbindən geri çəkilib, atəşkəs sazişi çərçivəsində israilli girovlar arasında tibbi yardıma ehtiyacı olanları, yaşlıları və qadın hərbçiləri azad etməyə razılıq verib. Kanala məlumat verən mənbələrin məlumatına görə, yaxın saatlar Qəzzada danışıqlar üçün həlledici ola bilər.

HƏMAS təşkilatının Qəzzanın şimal rayonlarının sakinlərinin İsrail hərbçilərinin əlavə yoxlaması olmadan evlərinə qayıtması şərtini irəli sürdüyü bildirilir.

Hürr Tərcüman

 

Seçilən
8
hurriyyet.az

1Mənbələr