AZ

Zelenski açıqladı: “Gücümüz çatmır, sənədi Putinə təqdim edəcəyik”

“Ukraynanın mövqeyi hazırda zəif olmasa da, danışıqlar üçün lazım olan gücdə də deyil”.

Hurriyyet.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski Fransanın “Le Parisien” qəzetinə müsahibəsində deyib.

“İndiki vəziyyətdə Ukraynanın Rusiyadan ərazilərini geri almağa gücü çatmır. Ukraynalılar yalnız Rusiya Prezidenti Volodimir Putini danışıqlar masasına oturtmaq üçün beynəlxalq ictimaiyyətin diplomatik təzyiqinə arxalana bilərlər”, – Zelenski qeyd edib.

Ukrayna prezidenti Qərbin zəif mövqeyindən təəccübləndiyini bildirib:

“Niyə biz müharibə başlayandan bəri kütləvi şəkildə silahlarla təchiz edilməmişik? Danışığım sərt görünə bilər, amma məndə belə bir təəssürat var ki, hamı Putin Rusiyasından qorxur. O, cəzasızlıqdan istifadə edir. Putinə təzyiq göstərmək və bu müharibəni dayandırmaq üçün bizə güclü ABŞ və Avropa lazımdır”.

Zelenski Ukraynanın NATO ilə bağlı mövqeyini dəyərləndirib:

“Biz NATO-da olub-olmadığımızı bilmirik. Bəs Avropa İttifaqının bir hissəsi olacağıqmı? Bəli, gələcəkdə, amma nə vaxt? Belə şəraitdə Putinlə masa arxasında oturmaq ona hər şeyə qərar vermək hüququnu qazandıracaqdı. Əvvəlcə bir model, fəaliyyət və ya sülh planı hazırlamalıyıq. O zaman biz həmin sənədi Rusiya prezidentinə, daha geniş mənada isə ruslara təqdim edə bilərik”.

Ukrayna prezidenti deyib ki, dünyada heç bir liderin Putinlə Ukraynasız danışıqlar aparmağa haqqı yoxdur:

“Heç vaxt bu mandatı kiməsə həvalə etməmişik, biz qurbanıq. Hamı ölkənin necə yol izləməli olduğundan danışmağa başlasa, ədalətsizlik yaranar. Fransada fransızlar, İtaliyada italyanlar və ya ABŞ-da amerikalılar özləri üçün nə istədiklərini bildikləri kimi, ukraynalılar da yaxşı bilirlər”.

Globalinfo.az

Seçilən
8
hurriyyet.az

1Mənbələr