Fransanın Ali Məhkəməsi keçmiş Prezident Nikolya Sarkozinin barəsindəki hökmü qüvvədə saxlayıb.
APA-nın “Agence France-Presse”yə istinadən xəbərinə görə, qərar “nüfuz alveri” ittihamı ilə ona qarşı qaldırılan cinayət işi üzrə hökmdən şikayət əsasında çıxarılıb.
O, bu il, mayın 17-də məhkəmənin qərarı ilə 3 il müddətinə azadlıqdan məhrum edilib. Qərarda göstərilib ki, o cəzasının 1 ilini elektron qolbağın tətbiqi ilə ev şəraitində, iki illik müddətini isə şərti olaraq çəkməlidir.
Qeyd edək ki, kassasiya şikayəti ona qarşı “nüfuz alveri” ittihamı üzrə çıxarılan qərardan verilib.