AZ

Yanvarın 1-dən etil spirti bahalaşacaq

Rusiyanın ən böyük etil spirti istehsalçısı “Rosspirtprom” 2025-ci il yanvarın 1-dən öz məhsullarının satış qiymətlərini qaldıracaq.

Oxu24.com xəbər verir  ki,  bu barədə “Vedomosti” qəzeti şirkətin Rusiya araq istehsalçılarına göndərdiyi məktubun məzmununa istinadən yazıb.

Rosspirtprom öz qərarını xammalın bahalaşması və Rusiya Bankının əsas məzənnəsinin rekord artımı ilə izah edib. Bunun fonunda 1 desilitr (10 litr) etil spirtinin satış qiyməti ƏDV-siz 2025-ci ildən 1060 rubla qədər yüksələcək.

Rosspirtprom sonuncu dəfə 2024-cü il sentyabrın 1-dən öz məhsulları üçün qiymətləri qaldırmışdı. Sonra etil spirtinin bir desilitrinin qiyməti 780 rubldan 850 rubla qədər artdı.

Avqust ayında RBC internet nəşri yazmışdı ki, Rusiyada özəlləşdirilmiş ən böyük spirtli içki istehsalçısı Rosspirtprom üçüncü dəfə öz məhsullarının qiymətini qaldırıb. Sonra araq istehsalçıları Rosspirtprom-dan sentyabrın 1-dən spirtin qiymətinin təxminən 9% artacağına dair bildiriş aldılar.

Bundan əvvəl hökumətin “Rosspirtprom”u milyarderə satdığı məlum olub.

 

Nigar

Seçilən
13
oxu24.com

1Mənbələr