İtaliyanın şimalında 75 saat mağarada köməksiz vəziyyətdə qalan tədqiqatçı xilas edilib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Ottavia Piana adlı tədqiqatçı İtaliyanın Berqamo yaxınlığındakı Bueno Fonteno mağarasının tədqiq olunmamış hissəsinin xəritəsini çıxarmaq istədiyi ekspedisiya zamanı 5 metr hündürlükdən yıxılıb.
Xilasetmə qrupları 585 metr dərinlikdə qapalı qalan italyan tədqiqatçını 75 saat sonra xilas edə bilib.
Piananın keçən il də eyni mağarada köməksiz vəziyyətdə qaldığı və ayağını sındırdığı bildirilib.
Şəbnəm Mehdizadə