Bəy gəlinin xəyanət videosunu toyda qonaqlara göstərdi - FOTOLAR
Toyda gəlinin xəyanəti əxlaqsız görüntülərlə ortaya çıxıb. Sözügedən hadisə Çində baş verib.
Qlobal.net Milli.Az-a istinadən xəbər verir ki, Çinin Jilin əyalətində keçirilən toyda səhnənin ortasına gələrək gəlinə sürpriz etmək istədiyini deyən bəy gəlinin xəyanət videosunu nəhəng ekranda yayımlayıb.
Görüntülər otaqdakı hər kəsi şoka salıb və gəlinin ailəsi videonun davam etməsinə mane olmağa çalışıb. Lakin onlara bəyin dostları mane olublar. Baş verənlərdən sonra gəlin səhnənin ortasında yıxılaraq ağlamağa başlayıb.
Həmin anların kadrlarını təqdim edirik: