AZ

Azərbaycan klubunda bədbəxt hadisə baş verib

Futbol üzrə Azərbaycanın II Liqasının 13-cü turu çərçivəsində keçirilən "Şəmkir" - "Lerik" oyunu zamanı meydan sahibi komandanın 21 yaşlı futbolçusu Ümid Nağdalıyev ciddi zədə alıb.

Bu barədə seher.media-a açıqlama verən "Şəmkir" klubunun baş məşqçisi Vüqar Nadirov futbolçunun biləyinin sındığını bildirib.

"Ümid Nağdalıyevin biləyi oyun epizodu zamanı sınıb. Təcili olaraq Şəmkir Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq müayinə olunub. Futbolçunun qolu gipsə qoyulub. Hazırda vəziyyəti yaxşıdır".

Qeyd edək ki, hadisə matçın 40-cı dəqiqəsində qeyd alınıb. Rəqiblə mübarizə zamanı yerə yıxılan 21 yaşlı futbolçu meydandan təcili yardım avtomobili ilə çıxarılıb.

Görüş "Şəmkir"in 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Anar Həsənov

Seçilən
8
1
seher.media

3Mənbələr