AZ

Türkiyəli Olimpiya çempionu federasiya prezidenti oldu

Olimpiya çempionu Taha Akgül Türkiyə Güləş Federasiyasının yeni prezidenti seçilib.

Fanat.Az xəbər verir ki, 34 yaşlı veteran idmançı 288 səsdən 189-unu toplayıb.

Akgül digər namizədi - daha bir sabiq güləşçi Selçuk Çebini üstələyib. Qurumun əvvəlki prezidenti Şeref Eroğlu bu dəfə namizədliyini verməyib.

Qeyd edək ki, 2016-cı ildəki Yay Olimpiya Oyunlarında qızıl medal qazanan sərbəst güləşçi 3 qat dünya və 11 qat Avropa çempionudur.

Seçilən
3
5
fanat.az

6Mənbələr