AZ

Avtomobil satışında lider ölkə müəyyənləşdi

2024-cü ilin son ayının nəticələrinə görə, dünyada 8 milyon 184 min 295 minik avtomobili və yüngül ticari avtomobil satılıb.

Publika.az xəbər verir ki, bu barədə "GlobalData" konsaltinq şirkəti məlumat yayıb.

Əldə olunan nəticə ötən ilin göstəricilərini 6,1 faiz üstələyib. Qlobal avtomobil bazarına gəlincə, 11 ayda bu, demək olar ki, 80 milyon ədəd təşkil edib.

Çin noyabr ayında avtomobil satışında dünya lideri olaraq qalıb. Həmin avtomobillərdən 2 milyon 760 min 811 ədədi orada satılaraq 2023-cü ilin noyabr göstəricilərini 10,4 faiz üstələyib. ABŞ-da 1 milyon 378 min 920 avtomobil və ya bir il əvvəlkindən 12,3 faiz çox satılıb.

Seçilən
5
publika.az

1Mənbələr