İranda bir çox sənaye zonaları təbii qaz çatışmazlığı səbəbindən fəaliyyətini dayandırıb.
Publika.az xəbər verir ki, bu barədə İranın vitse-prezidenti Məhəmməd Cəfər Qaempənah açıqlama verib.
O, ölkədə təbii qazın olmaması səbəbindən bəzi sənaye bölgələrində fabrik və emalatxanaların fəaliyyətinin dayandığını bildirib: “İnsanlar üşüməsin deyə ölkənin şimalında, şimal-şərqində və şimal-qərbində yerləşən əksər sənaye sahələrini bağlamalı olduq”.
Qaempənah normal hava şəraitində gündəlik təxminən 100 milyon kubmetr enerji kəsiri olduğunu qeyd edib: