Aparıcı Mətanət Əliverdiyeva hüquq-mühafizə orqanlarına müraciət edib.
Teleqraf.com xəbər verir ki, aparıcı bu haqda İnstaqramda video-açıqlama yayıb:
"Ərizə yazıb, hüquq-mühafizə orqanlarına müraciət etdim. Mənim adımdan, şəkilimdən istifadə edib, pul istəyirlər. İnanmayın".
Qeyd edək ki, aparıcının adından dələduzluq edilib. Mətanət Əliverdiyevanın adından "Whatsapp" vasitəsiylə yazaraq pul istəyirlər.
Müəllif: Rəqsanə Həsənova