AZ

Qara dəniz sahillərində ekoloji fəlakət – Batan tankerdən tonlarla mazut dağılıb

Krasnodar diyarında Qara dəniz sahillərində mazutla çirklənmə zonası 35 kilometrdən 49 kilometrə yüksəlib. Rusiya Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, Kerç boğazında tankerin qəzaya uğramasından sonra neftin dağıldığı ərazi 70 kilometrə qədər genişlənib.

Xilasedicilər və könüllülər sahili neft məhsullarından təmizləyirlər, lakin fırtınalı hava şəraiti ilə əlaqədar işlər çətinləşib. Krasnodar vilayətinin qubernatoru yanında ekoloji şuranın üzvünün sözlərinə görə, mazutu su üzündən tam toplamaq mümkün olmayacaq. Anapada tətil mövsümü iki il bağlı qala bilər, çünki hazırda şəhərin çimərlikləri qara rəngdədir.

Krasnodar vilayətinin operativ qərargahı bildirib ki, çimərliklərin çirklənmədən təmizlənməsinə dörd min könüllü cəlb olunub. Son 24 saat ərzində xilasedicilər və könüllülər Veselovka kəndindən Anapa yaxınlığındakı Sibur-Yuq sanatoriyasının çimərliyinə qədər neft məhsulları ilə çirklənmiş əraziləri aşkar ediblər.

Təhlükə zonasında on minə qədər quş var. Onların yarısı ölə bilər.

“AzPolitika.info”

Seçilən
10
azpolitika.info

1Mənbələr