AZ

Çağrı mərkəzinin operatoru - VAKANSİYA

"Xalq Sığorta" ASC, Çağrı mərkəzinin operatoru vəzifəsinə vakansiya elan edir.

Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir:

Tələb olunan bilik və bacarıqlar:

  • Kompyuter bilikləri: Microsoft Word-yaxşı, Microsoft Excel-orta;
  • Dil bilikləri- azərbaycan dili-əla; rus dili-əla; ingilis dili-arzuolunandır.

Namizədə dair gözləntilər və xüsusi tələblər:

  • Ali təhsil;
  • Sığorta sahəsində minimum 1 il iş təcrübəsi;
  • Ünsiyyət qurmaq bacarığı;
  • Yüksək nitq mədəniyyəti, səlis danışıq;
  • Fikrini dəqiq və lokanik ifadə etmə bacarığı;
  • Stressə davamlı;
  • Səbrli və təmkinli olmalı;
  • Κomandada işləmək bacarığı;
  • Məsuliyyətli.

Vəzifə öhdəlikləri:

  • Çağrı Mərkəzinə daxil olan zənglərin cavablandırılması, qeydiyyata alınması və yönləndirilməsi; 
  • Sığorta olunmuş şəxslərə sığorta proqramına dair məsləhət xidmətinin göstərilməsi;
  • Sığorta hadisələri ilə bağlı müraciətlərin müvafiq aidiyyati şöbələrə yönləndirilməsi;
  • Müştərilərə yüksək keyfiyyətli xidmət göstərmək və hər zaman maksimum müştəri məmnuniyyətini təmin etmək;
  • Qeydiyyata alınmış müştərilərin müraciətlərinin vaxtında həllinə nəzarət və geri dönüş zənglərin edilməsi.

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Çağrı mərkəzinin operatoru) qeyd edərək, hr@xalqsigorta.az elektron poçt ünvanına göndərilməsi xahiş olunur.     

Zemfira Ms
Fins.az

Seçilən
8
fins.az

1Mənbələr