AZ

Türkiyədə "Qırmızı Kitab"la bağlı GİZLİ TOPLANTI: Mobil telefonlar BELƏ TOPLANDI - Son Dəqiqə

Türkiyənin “gizli konstitusiyası” kimi xarakterizə edilən və ictimaiyyətdə "Qırmızı Kitab" kimi tanınan Milli Təhlükəsizlik Siyasəti Sənədinin yenilənməsi üçün Külliyədə gizli bir toplantı keçirilib.

Musavat.com xəbər verir ki, bu barədə "Haberler.com" saytı məlumat yayıb.

Məlumatda bildirilir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə Milli Təhlükəsizlik Şurasının Baş Katibliyi Milli Təhlükəsizlik Siyasəti Sənədinin yenilənməsi üçün hərəkətə keçib.

Məxfiliyinə görə “Qırmızı kitab” kimi də tanınan sənədin yenilənməsi üçün bu ilin ilk aylarında nazirliklərdən və aidiyyəti təşkilatlardan rəylər istənilib.

Nazirliklərdən və aidiyyəti təşkilatlardan toplanan məlumatlar çərçivəsində araşdırmalar aparılıb. Görülən işləri başa çatdırmaq üçün bu ayın əvvəlində Milli Təhlükəsizlik Şurasının Baş Katibliyində “gizli” iclas keçirilib. Vitse-prezident Cevdet Yılmazın sədrliyi ilə keçirilən toplantıda “Qırmızı Kitab”la bağlı görülməsi planlaşdırılan tədbirlər ətraflı müzakirə edilib.

İştirakçıların mobil telefon və smart saatlarının alındığı və təhlükəsizlik tədbirlərinin ən yüksək səviyyədə olduğu görüşdən sonra kitabın yenilənməsi işləri yekunlaşıb. Araşdırmalardan sonra məsələnin prezident Ərdoğanın sədrliyi ilə keçiriləcək ilk Milli Təhlükəsizlik Şurasının iclasında müzakirə ediləcəyi gözlənilir.

Qeyd edək ki, dövlətin daxili və xarici təhlükə kimi gördüyü faktorları maddə-maddə özündə əks etdirən “Qırmızı kitab” Milli Təhlükəsizlik Şurasının iclaslarında vaxtaşırı yenilənir.

Sənəd sonuncu dəfə Milli Təhlükəsizlik Şurasının 2019-cu il 30 sentyabr tarixli iclasında müzakirə edilib.

Seçilən
0
4
paytaxt.org

10Mənbələr