Noyabr ayında avrozonada istehlak qiymətləri illik ifadədə 2,2 faiz artıb.
Musavat.com xəbər verir ki, məlumatı Avropa İttifaqının statistika idarəsi yayıb.
Məlumatdan aydın olur ki, 2 faizlik inflyasiyanın qeydə alındığı oktyabr ayı ilə müqayisədə qiymət bahalaşması sürətlənib.
"Bloomberg" və "Trading Economics" ekspertlərinin konsensus proqnozları inflyasiyanın daha yüksək səviyyədə - 2,3 faiz olacağını nəzərdə tuturdu.
Noyabrda avrozonada ərzaq, alkoqol və tütün məmulatlarının qiymətlərinin artımı oktyabrdakı 2,9 faizdən 2,7 faizə, xidmətlərin qiymətlərindəki artım isə 4 faizdən 3,9 faizə enib. Noyabrda sənaye məhsulları 0,6 faiz (oktyabrda +0,5 faiz) bahalaşıb, enerji resursları 2 faiz (oktyabrda - 4,6 faiz) ucuzlaşıb.
Ərzaq və enerji xərclərini nəzərə almasaq istehlak qiymətləri (CPI Core index) 2022-ci ilin fevral ayından bu yana ən aşağı templə - bir ay əvvəl olduğu kimi 2,7 faiz artıb.
Musavat.com