AZ

Dövlət Xidməti: Müraciətləri təmin olunan istehlakçıların sayı 68 % artıb

Bu ilin yanvar-oktyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti təbii inhisar subyektlərinin fəaliyyətinə nəzarət tədbirləri çərçivəsində 341 istehlakçının müraciətini təmin edib.

"İki sahil" quruma istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 68 % çoxdur.

Təmin olunan müraciətlər arasında 217-si rabitə, 34-ü qaz təchizatı, 32-si elektrik enerjisi, 26-sı içməli su, 13-ü hava yolu nəqliyyatı, 4-ü kanalizasiya, 4-ü dəmir yolu nəqliyyatı, 3-ü istilik enerjisi, 2-si suvarma, 6-sı isə digər sahələr üzrə qeydə alınıb.

“Təbii inhisar subyektlərinin məhsul istehsalı və satışını, eləcə də xidmət göstərilməsini istehlakçı maraqlarının qorunması baxımından həyata keçirməsi bu sahədə dövlət tənzimlənməsinin mühüm istiqamətlərindən biridir”, - məlumatda qeyd olunub.

Seçilən
3
3
ikisahil.az

4Mənbələr