Bu gün dünyada robotik cərrahiyyə bütün cərrahi əməliyyatlarda üstünlüyü ələ alır. Lakin Azərbaycanda hələ də robotik cərrahiyyə metodu və robot cərrah cihazları yoxdur.
“Medicina” xəbər verir ki, “Səhiyyə İdarəçiləri Zirvəsi 2024”-də panel çıxışlarında TƏBİB sədriVüqar Qurbanov Azərbaycanda robotik cərrahiyyənin hələ də olmamasının səbəbini özəl klinikalarınhərəkətsizliyində görüb.
“Özəl klinikalar səhiyyəyeniliklərində rəqabətdə olmalıdırlar. Bu gün dövlət xəstəxanalarında bütün növ əməliyyatlar icra edilir. Özəl klinikalar dünya yeniliklərini ölkəyə gətirməkdə maraqlı olmalıdırlar. Məsələn, bu gün bizdə robotik cərrahiyyə yoxdur, heç bir özəl klinikada yoxdur. Amma olsa rəqabət olar”.
Qeyd edək ki,Robot cərrahiyyə sisteminin qollarının uclarında olan alətlər insan biləyinin hərəkət qabiliyyətindən çox irəlidədir və 7 fərqli oxda 540 dərəcə bucaqla hərəkət edə bilir. Bununla cərrah dar və kiçik sahələrdə kritik cərrahi müdaxilələri müvəffəqiyyətlə həyata keçirə bilər. Demək olar ki, bu xüsusiyyəti ilə cərrahın 3-cü əli kimidir.
Aygün Musayeva