AZ

WSJ: ABŞ-də Çin marşrutlaşdırıcı istehsalçısı TP-Link kiberhücumlarda şübhəli bilinir

Vaşinqton, kiberhücumlarda mümkün iştirakı ilə bağlı Çindən olan Wi-Fi marşrutlaşdırıcılarının əsas istehsalçısı TP-Link ilə bağlı araşdırmaya başlayıb.

“The Wall Street Journal”ınverdiyi məlumata görə , ABŞ 2025-ci ildən bu cihazların istifadəsinə qadağa qoymağı düşünür.

ABŞ səlahiyyətliləri məşhur ev internet marşrutlaşdırıcılarının kiberhücumlarla əlaqəli olduğu Çin şirkətinin milli təhlükəsizliyə təhdid olub-olmadığını araşdırır və cihazları qadağan etməyi düşünür.

Məlumdur ki, ABŞ Ticarət Nazirliyi TP-Link nümayəndələrini məhkəməyə dəvət edib. Vəziyyəti şərh edən Çinin Vaşinqtondakı səfirliyinin sözçüsü Liu Pengyu bildirib ki, Birləşmiş Ştatlar “Çin şirkətlərini sıxışdırmaq” üçün milli təhlükəsizlik bəhanəsindən istifadə edir.

Seçilən
9
aznews.az

1Mənbələr