Gəncədə Məhsəti qəsəbəsində yerləşən 21 saylı orta məktəbdə baş verən və bıçaqlanma ilə nəticələn şagirdlər arasında mübahisə ilə bağlı Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən rəsmi açıqlama verilib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, regional idarənin nümayəndəsi Raminə Məmmədovanın sözlərinə görə, qeyd olunan məktəbin 8 və 10-cu sinif şagirdləri arasında dərsdən və məktəbdən kənar ərazidə mübahisə düşüb və nəticədə 8-ci sinif şagirdi müxtəlif dərəcəli bədən xəsarətləri ilə Gəncənin özəl xəstəxanalarından birinə yerləşdirilib:
“Xəsarət alan şagirdin fiziki və psixoloji durumu məktəb rəhbərliyi və regional idarə tərəfindən izlənilir”.
R. Məmmədova əlavə edib ki, hadisəni hüquq mühafizə orqanlarının əməkdaşları araşdırır. Bundan başqa idarə tərəfindən məktəbin rəhbərliyinə şagirdlər və müəllimlər arasınada psixoloji və maarifləndirici söhbətlərin aparılması tövsiyə olunub.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta