Ankara, 18 dekabr, AZƏRTAC
Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova dekabrın 18-də Ankaraya rəsmi səfəri çərçivəsində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib.
AZƏRTAC xəbər verir ki, Sahibə Qafarova Heydər Əliyev Parkında olub, görkəmli dövlət xadiminin abidəsi önünə gül dəstələri qoyub.
Milli Məclisin sədrini Azərbaycan və Türkiyə parlamentlərinin bir qrup deputatı, eləcə də ölkəmizin Ankaradakı səfiri Rəşad Məmmədov müşayiət ediblər.
Rəşad Məmmədov Sahibə Qafarovanı Azərbaycan dövlətçiliyinin memarı parkının tikintisi layihəsi barədə məlumatlandırıb.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara