AZ

“Dörd Yarpaqlı Yonca” Bərdədə (FOTO)

Bakı. Trend:

“Azərbaycan Gənclər İttifaqı” İctimai Birliyi bir layihəni dahauğurla başa vurub.

Trend xəbərverir ki, Gənclər və İdman Nazirliyinin gənclər təşkilatlarınınfəaliyyətlərinin dəstəklənməsi məqsədilə gənclər təşkilatları üçünelan etdiyi 2024-cü il üzrə qrant müsabiqəsinin qalibi olan “DördYarpaqlı Yonca” layihəsi 14 dekabr tarixində Bərdə şəhərində BərdəMədəniyyət Mərkəzində keçirilib.

Milli dəyərlərimizi, vətənpərvərlik hisslərini özündəbirləşdirən rəqs festivalında Azərbaycanın dörd fərqli regionundanböyük rəqs kollektivləri iştirak edib. Bu kollektivlər sırasınaBakıdan, Gəncədən, Şəkidən və Ağcabədidən olan komandalardaxildir.

Festivalın ilk hissəsində kollektivlərə Azərbaycan rəqsincəsənətini layiqində illərdir təmsil edən, yaşadan “AzərbaycanRəqs Assosiasiyası”nın mütəxəssisləri tərəfindən iştirakçılara rəqsincəsənəti, onun tarixi, səhnə mədəniyyəti, ritmika, etnik folklorrəqsləri üzrə ustad dərsləri keçirilib.

Günün ikinci yarısı isə seçilən komandalar festivalda “İgidlər”,“Çobanlar”, “Azərbaycan suitası”, “İnnabı”, Tərəkəmə”, “Qaytağı”,“Məzəli rəqs”, “Yüzbiri”, “Uzundərə”, “Qarabağ” və sair kimifolklor stilizasiyası rəqsləri ilə səhnədə çıxış ediblər.

Onların çıxışları təyin edilmiş meyarlara uyğun olaraq ədalətlivə peşəkar münsiflər heyəti tərərindən dəyərləndirilib.

Sonda isə onlar təntənli bağlanış hissəsindəmükafatlandırılıblar.

Layihənin rəhbəri Əziz Əzizov festival sonunda səhnədə özçıxışında bildirib: “Bizim burada toplaşmağımızın əsas məqsədidövrümüzün gənc nəslinə rəqs incəsənətinin əhəmiyyəti, tarixibarədə dolğun məlumat vermək, onlara motivasiya olmaq,ruhlandırmaqdır. Hər birinizi tək-tək ürəkdən təbrik edirəm! Hərbirinizə böyük müvəffəqiyyətlər arzulayıram!”

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az,Azernews.Az

“Dörd
“Dörd
“Dörd
“Dörd
“Dörd
“Dörd
“Dörd
“Dörd
Seçilən
8
az.trend.az

1Mənbələr