AZ

Kobaxidze etiraz aksiyasına və AŞ-nin çağırışlarına münasibət bildirib

"Müzakirə milli maraqları birlikdə qorumağın yeganə yoludur, bizim tərəfimizdən istənilən formatda müzakirəyə açıqlığı ifadə edə bilərəm".

24News.ge xəbər verir ki, bu barədə baş nazir İrakli Kobaxidze mətbuat konfransında bildirib.

Hökumət başçısı qeyd edib ki, dialoq təklifinə hələlik cavab verilməyib:

"İki həftədir ki, biz dialoqa hazır olduğumuzu təsdiqləyirik, istənilən vicdanlı şəxs gəlib ictimai və ya qeyri-ictimai müzakirə apara bilər.

Müzakirə üçün 7, 10, 12 nəfər gəlsin, nə qədər istəsələr, kim istəyirlər, hansı formatda istəyirlər, açıq, qapalı, insancasına, istənilən məsələni danışaq. Hər şeyi çox yaxşı bildikləri üçün gəlmirlər. Həm seçkilərə, həm də Avropaya inteqrasiya mövzusuna münasibətdə həqiqət bizim tərəfimizdədir, qarşı tərəfdə deyil”.

Aİ-nin genişlənməsi hesabatı ilə bağlı jurnalistlərin sualını cavablandıran Kobaxidze deyib:

“Görün nə qədər absurd vəziyyətdədirlər, bizə çağırışlar edirlər ancaq addım atmaq istəmirlər. Əslində real olaraq top onların tərəfindədir, danışıqları açsınlar, imzalayırıq. Hansı qayıdışdan söhbət gedir? Aİ məkanında hazırda gördüyümüz bu vəziyyət çox acınacaqlıdır”.

O həmçinin Gürcüstanda səfərdə olan Avropa Şurasının Baş katibi Alen Berse ilə görüş barədə də açıqlama verib:

"Onun səfəri bizim üçün çox önəmli idi. Çox mehriban və məhsuldar görüş keçirdik. Təbii ki, biz ölkədə gedən proseslərdən, Gürcüstanla Avropa Şurası arasında əməkdaşlıqdan danışdıq. Biz razılaşdıq ki, ölkəmizlə Avropa Şurası arasında çox sıx əməkdaşlıq davam edəcək. Şəxsən Baş katibin rolu xüsusidir. Əminik ki, ölkəmiz bütün istiqamətlərdə Alen Bersenin dəstəyinə sahib olacaq".

Bundan əlavə, baş nazir qeyd edib ki, görüş zamanı “Gürcü arzusu”nun 2028-ci ilin sonuna qədər Avropa İttifaqı ilə danışıqlara başlamaq istəmədikləri barədə qərarından da danışıblar:

“Görüşün təfərrüatları barədə danışa bilmərəm, qapalı keçirildi. Qərarla bağlı baş katiblə danışdıq. Qərarın səbəblərini açıqladıq”, - deyə baş nazir İrakli Kobaxidze qeyd edib.
Seçilən
26
sherg.az

1Mənbələr