AZ

Oğlunun ev tapşırığını edərkən stresdən infarkt keçirdi

Çinin Zhejiang əyalətində ata oğluna dərs hazırlığında kömək edərkən ürək tutması keçirib.   Manset.az Milli.az-a istinadla xəbər verir ki, bu hadisə ölkədə şagirdlər və valideynlər üzərindəki ağır təhsil təzyiqini yenidən gündəmə gətirib. 40 yaşlarında olan və Zhang soyadlı ata orta məktəbi bitirmək üzrə olan oğlunu liseyə qəbul imtahanlarına hazırlayarkən qəfildən nəfəs almaqda çətinlik çəkib və sinəsində kəskin ağrı hiss edib. O, dərhal xəstəxanaya çatdırılıb və kəskin miokard infarktı diaqnozu qoyulub. Zhejiang Universitetinin Tibb Məktəbinə bağlı Sir Run Run Shaw Xəstəxanasında həkimlər təcili damar əməliyyatı keçirərək onun həyatını xilas ediblər. Həkimlər bildiriblər ki, Zhangın ürək tutması vaxtından əvvəl koronar arteriya xəstəliyi və emosional stresslə əlaqəli olub. Bu hadisə, Çində valideynlərin uşaqlarının təhsilindəki stress səbəbilə sağlamlıq problemləri yaşadığı digər halları da xatırladıb. Məsələn, fevral ayında bir başqa ata oxşar stress səbəbilə göz xəstəliyi ilə xəstəxanaya yerləşdirilib, 2018-ci ildə isə Jiangsu əyalətində bir ana qızına görə əsəbləşərək insult keçirib. Çində bir çox müəllimlər ev tapşırıqlarının nəzarətini valideynlərin üzərinə qoyur. Valideynlər isə uşaqlarının akademik nailiyyətlərini şəxsi uğur kimi görür və onları maksimum nəticələr üçün sıxışdırırlar. Bunun əsas səbəblərindən biri, ölkədəki qəbul imtahanı olan gaokaonu uğurlu gələcək üçün yeganə yol olaraq görmələridir.

Mütəxəssislər valideynlərə emosiyalarını idarə etməyi və uşaqlara daha müstəqil öyrənmə vərdişi qazandırmağı tövsiyə edirlər. Çinli ekspert Ling Zongwei valideynlərin övladlarına daha sağlam təhsil mühiti yaratmasının vacibliyini vurğulayıb.

Seçilən
9
2
manset.az

10Mənbələr