AZ

Şokolad trendindəki mahnı erotik məzmunludur - Rejissor

“Son günlərdə tələbə və şagirdlərin müəllimlərə şokolad verməsi trend halına gəlib. Bu, müəllimlərə olan sevgi və hörmətin gözəl bir ifadəsidir. Lakin videolarda istifadə olunan trend musiqisinin iyrənc sözlərinə diqqət etməliyik”.

Ölkə.Az xəbər verir ki, bunu rejissor Elçin Ağazadə deyib. O, mahnının sözlərini paylaşaraq müəllim-şagird münasibətləri ilə əlaqəsiz olduğunu bildirib:

“Mahnının sözlərinə diqqət edək:
Hani zamandı tek çare
Devrildim şişelerce
Kabulüm mesafene
Bir gecelik olmak nedir öğret duymasın kimse
İlelebet aşk bu bendeki
Kör olası yaktı içimi
Ara sıra uğra kalbime
Oyunun içinde tut beni
İstemem söz sevmeni.

Bu da sizə trend. Uşaq və müəllim arasında belə sözlərin istifadə edilməsi nə dərəcədə düzgündür? Xüsusilə, “Bir gecəlik olmaq nədir öyrət mənə” cümləsinin müəllimə olan sevgiyə nə dəxli var? Bu cür erotik məzmun uşaqların və gənclərin şüuraltısına mənfi təsir edə bilər. Əminliklə deyirəm ki, uşaqlar və müəllimlər bu cür məzmuna diqqət etməyiblər. 
Bir daha qeyd edirəm: müəllimlərə hörmət göstərmək mütləqdir, amma bunu etik və əxlaqi dəyərlər çərçivəsində etmək daha vacibdir. Dəyərlərimizi qoruyaraq, belə zərərli məzmunların təhsil sahəsinə daxil olmasının qarşısını alaq”, - deyə o əlavə edib.

Billurə Yunus

Seçilən
15
olke.az

1Mənbələr