AZ

Rusiya Nəqliyyat Universiteti Azərbaycan vətəndaşları üçün təhsil təqaüd proqramı elan edir

Bakı, 18 dekabr, AZƏRTAC

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Rusiya Federasiyasının Nəqliyyat Nazirliyi arasında əməkdaşlığa əsasən, 2025 – 2026-cı tədris ili üçün müxtəlif təhsil səviyyələri üzrə müsabiqə elan olunur.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, müsabiqədən keçən namizədlər Rusiya Federasiyasının Rusiya Nəqliyyat Universitetində (Rossiyskiy universitet transporta (MİİT) təhsil almaq üçün təqaüd proqramından yararlana bilərlər. Təqaüd proqramı Azərbaycanda nəqliyyat sahəsində gənc milli kadrların hazırlanması məqsədi daşıyır.

Universitetdə təhsil dərəcələrinə bakalavr, spesialitet, magistratura daxildir. Burada, həmçinin rus dili üzrə universitetə hazırlıq fakültəsi mövcuddur. Təhsilin forması əyanidir. Tədris rus dilində aparılır.

Təminat:

-Təhsil haqqının tam ödənilməsi

-Aylıq təqaüd

-Rus dilini bilməyən tələbələr üçün 1 illik ödənişsiz rus dili hazırlıq kursları.

Müsabiqədə məktəb, lisey, gimnaziya, kollec, texnikum və universitet məzunları (və ya təhsilini bu ildə bitirəcək tələbələr və şagirdlər) iştirak edə bilərlər

Seçim turları:

-Riyaziyyat və məntiqdən onlayn test

-Oflayn müsahibə (Azərbaycan və rus dillərində).

Ərizələrin qəbul 2025 -ci yanvarın 5-dək davam edəcək.

Qeydiyyat üçün bu linkə keçid edə bilərsiniz.

Məlumat üçün bildirək ki, Rusiya Nəqliyyat Universiteti Rusiya Federasiyasının aparıcı milli nəqliyyat universiteti olmaqla yanaşı, həm də ən böyük sənaye universitetidir. Bu ali məktəb nəqliyyat sənayesinin inkişafı üçün kadr təminatı və elmi dəstək üçün baza platforması rolunu oynayır.

Təhsil müddətini uğurla başa vuran tələbələrə Azərbaycana qayıtdıqdan sonra nəqliyyat sahəsində fəaliyyət göstərən qurumlara işə qəbul zamanı üstünlük veriləcək.

Seçilən
1
8
azertag.az

10Mənbələr