Yeni mövsüm üçün idman gimnastikası üzrə Dünya kubokunda mərhələlərin sayı 6-ya çatdırılıb.
İdman.biz xəbər verir ki, bu il yarış 4 turnirdən ibarət idisə, indi onların sayı 6-ya yüksəlib.
Mərhələlərdən biri martın 6-9-da Bakıda keçiriləcək və bu, mövsümün ikinci yarışı olacaq.
Qeyd edək ki, Dünya kubokunda mübarizə fevralın 20-23-də Almaniyanın Kottbus şəhərində başlayacaq, sonuncu mərhələ isə aprelin 25-28-də Misirin paytaxtı Qahirədə olacaq.