Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 27,4 min ton mazut istehsal edilib.
Day.Az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Məlumata görə, əvvəlki ilin eyni dövrü ilə müqayisədə, ölkədə mazut istehsalı 21,7 min ton və ya 4,8 dəfə artıb.
2023-ci ilin yanvar-noyabr aylarında bu göstərici 5,7 min ton təşkil edib.
Dekabrın 1-nə hazır məhsul ehtiyatı 1,4 min ton təşkil edib ki, bu da illik müqayisədə 0,3 min ton və ya 17,6% azdır.
Ötən ilin eyni dövründə hazır məhsul ehtiyatı 1,7 min ton olub.