AZ

Rusiya tərəfi Tramp komandası ilə təmaslardan danışıb

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, Moskvanın ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın komandası ilə heç bir pərdəarxası əlaqəsi yoxdur.

Oxu24.com xəbər verir  ki, bu barədə  RİA Novosti məlumat yayıb.

“Vurğulamaq istəyirəm ki, gələcək prezidentin administrasiyası ilə nə pərdəarxası, nə də başqa təmaslar, dialoq yoxdur, özü də formalaşma mərhələsindədir”, - o deyib.

O qeyd edib ki, Rusiya ABŞ-ın hazırkı prezidenti Co Baydenin administrasiyası ilə konkret məsələlər üzrə arabir təmaslar saxlayır.

Ryabkov həmçinin bildirib ki, nüvə silahına malik Rusiya, Çin və KXDR-ə qarşı “Amerika tərəfinin başlatdığı oyunlar” fəlakətlə nəticələnə bilər. Onun sözlərinə görə, Qərb Rusiyanı nüvə silahından istifadə etməyə təhrik edir və buna Rusiya sərhədlərindəki risklər kömək edir.

Bundan əvvəl Ryabkov bildirib ki, Rusiya ABŞ-la münasibətləri normallaşdırmaq üçün istənilən təklifi nəzərdən keçirməyə hazırdır.

 

Nigar

Seçilən
16
oxu24.com

1Mənbələr