AZ

Əkin subsidiyalarının verilməsi müddətinin uzadılması kənd təsərrüfatına necə təsir edəcək?

Bakı. Trend:

Əkin subsidiyalarının verilməsi müddəti 2030-cu il yanvarın1-dək uzadılıb.

Azərbaycanda əkin subsidiyalarının verilməsi müddətininuzadılması kənd təsərrüfatına müsbət təsir göstərəcək. Bu cürtədbirlər kənd təsərrüfatı sektorunun inkişafını stimullaşdırmağa,fermerlərin daha səmərəli fəaliyyət göstərmələrinə və ölkənin qidatəhlükəsizliyinin təmin edilməsinə kömək edir.

Əkin subsidiyaları fermerlərə birbaşa maliyyə dəstəyi təminedir, bu da onların məhsul istehsalını artırmalarına imkan verir.Subsidiyalar uzadıldıqda, istehsal xərcləri azalır və məhsuldarlıqdaha da artır. Bu, kənd təsərrüfatı istehsalının daha rentabelliolmasına səbəb ola bilər. Bu, kənd təsərrüfatına marağı artıra vəümumi məhsul istehsalının artmasına gətirib çıxara bilər.

Mövzu ilə bağlı Trend-ə açıqlamasında iqtisadçı-ekspertEldəniz Əmirov bildirib ki, kənd təsərrüfatınadövlət dəstəyi uzun illərdir ki, davamlı xarakter daşıyır.

"Bu, bilavasitə ölkə əhalisinin 36%-in məşğul olduğu sahəolduğundan dövlət tərəfindən daima nəzarətdədir. Kənd təsərrüfatısubyektlərinin dəstəklənməsi istiqamətində bir sıra dövlət dəstəyimexanizmləri tətbiq olunur ki, onlardan biri də subsidiyalarınverilməsidir.

Subsidiyaların verilməsinin uzadılması təkcə əkin subsidiyasıdeyil. Eyni zamanda, məhsula görə də əlavə suvarma sistemləri ilətəmin edilmiş ərazilərə görə subsidiyaların təyin edilməsi dahamüasir yanaşmaların kənd təsərrüfatında tətbiq edilməsinidəstəkləyən addım kimi qiymətləndirilə bilər.

Digər istiqamət burada uçotun dəqiqləşdirilməsinə xidmət edir.Belə ki növbəti ilin yanvarın 1-dən etibarən fermerlərə aqrarsahədə subsidiyalar o halda veriləcək ki, torpaq üzərindəmülkiyyət, icarə və ya istifadə hüquqlarına dair Daşınmaz ƏmlakınDövlət Reyestrindən çıxarış əldə olunsun. Bu isə torpaqların dahasəmərəli istifadə edilməsi və şəffaflığın təmin olunması baxımındanönəmli addımdır", - deyə o qeyd edib.

Seçilən
18
2
az.trend.az

3Mənbələr