Beynəlxalq Dopinq-Test Agentliyi (ITA) Qazaxıstanın MMA döyüşçüsü Rəsul Xatayevi cəzalandırıb.
O, antidopinq qaydalarını pozduğuna görə 3 il müddətinə diskvalifikasiya edilib. İdmançının qanında drostanolon və klomifen maddələri aşkarlanıb. Döyüşçünün cəzasının müddəti 2024-cü il oktyabrın 16-dan etibarən hesablanmağa başlayıb.
Qeyd edək ki, Rəsul Xatayev dünya və Asiya çempionudur(azertac).