AZ

“Atam qardaşlarımdan 5-ni cənnətə getsinlər deyə öldürüb” - Efirdə ŞOK ETİRAF

“Atam qardaşlarımdan 5-ni cənnətə getsinlər deyə öldürüb” - Efirdə ŞOK ETİRAF

Esra Erolun verilişinə qatılan 26 yaşlı gənc sözləri ilə tamaşaçıları şoka salıb.

Qlobal.net xəbər verir ki, 26 yaşlı Vəfa Kəskin canlı yayımda atasının 17 uşağından 5-ni cənnətə göndərmə vədi ilə öldürdüyünü deyib.

Esra Erolun verilişində mövzunu yenidən gündəmə gətirən Vəfa Kəskin qardaşlarının xilas edilməsini istəyib:

“Mən elə bir ailədə böyümüşəm ki, anam uşaq dünyaya gətirərkən daim ölmək arzusunda idi. Çünki cənnət arzusunda idi. Qardaşlarım ölürdü və onları torpağa basdırırdı. Evdə zorakılıq və işgəncə var idi. 1,5 yaşlı qardaşım boğularaq öldürüldü. Mən və digər qardaşlarım müxtəlif işgəncələrə məruz qaldılar”.

Gənc oğlan bildirib ki, anası cənnətə getmək üçün 17 uşaq dünyaya gətirib. Atası isə övladlarından 5-ni cənnətə göndərmək məqsədilə qətlə yetirib. Vəfa Keskin atasının ömürlük həbs cəzasına məhkum edilməsindən sonra atasının etdiklərini böyük qardaşı Erdem Kəskin üzərinə götürdüyünü iddia edib. Esra Erolun verilişində iki qardaş üz-üzə gəlib və böyük qardaş iddiaları rədd edib. (yenisabah.az


Seçilən
3
1
qlobal.net

2Mənbələr