Dünyada silahlı münaqişələrin sayının artması regional və beynəlxalq təhlükəsizliyin deqradasiyasına səbəb olur.
AZXEBER.COM \"report\"a istinadən xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov bu gün xarici hərbi attaşelər üçün keçirdiyi brifinqdə deyib.
\"Bu gün biz Avropa, Yaxın Şərq, Asiya və Afrikada böhranların süni şəkildə yaradılmasının şahidi oluruq. Eyni zamanda, dünyada Qərbin belə siyasətinə qarşı kollektiv müqavimətin zəruriliyi getdikcə daha çox başa düşülür\", - deyə o vurğulayıb.
Baş Qərargah rəisi hesab edir ki, Qlobal Cənub ölkələri, həmçinin Şanxay Əməkdaşlıq Təşkilatı və BRICS beynəlxalq birliklərinin iştirakçıları suverenliyin təmin edilməsi və milli maraqların qorunması istiqamətində addımlarını daha fəal şəkildə əlaqələndirir.