AZ

ABŞ alimlərindən şok açıqlama: 2 faizi Yer kürəsini 200 il enerji ilə təmin edəcək

ABŞ Geoloji Xidmətinin alimləri DenverdəYerin daxili hissəsində böyük miqdarda təbii hidrogen aşkar ediblər. Onların "Science Advances" jurnalında dərc olunan araşdırmasına görə, planetimizin dərinliklərində 5,6 trilyon tona qədər maye hidrogen ola bilər.

News24.az musavat.com-a istinadla hesabata istinadən xəbər verir ki, Yerin dərinliklərində hidrogen təbii şəkildə süxurlar arasında kimyəvi reaksiyalar nəticəsində əmələ gəlir. Əvvəllər belə hidrogenin həcminin olduqca kiçik olduğuna inanılırdı, lakin Albaniyada və Qərbi Afrikada böyük təbii hidrogen anbarlarının kəşfi bu fikri dəyişdi. Alimlər indi Yerin daxili hissəsinin nəhəng hidrogen yanacağı ehtiyatlarını gizlədə biləcəyini ehtimal edirlər, lakin onları tapmaq çətindir.

Tədqiqatçılar öz hesablamalarını həyata keçirmək üçün təkmilləşdirilmiş geoloji modeldən istifadə ediblər. Buraya hidrogenin aşkar edildiyi yerlər, onun həcmləri və təbii əmələ gəlmə sürətləri haqqında məlumatlar daxil edilib. Daha sonra modelə laylardakı hidrogenin miqdarı və bu qazı ehtiva edən süxurlardan sızma kimi əlavə parametrlər əlavə edilib.

Aparılan hesablamalar göstərib ki, Yerin dərinliklərdində bir milyard tondan 10 trilyon tona qədər hidrogen ola bilər. Bu məlumatları dəqiqləşdirmək üçün alimlər orta dəyərlərdən istifadə edərək diapazonu 5,6 trilyon tona qədər daraldıblar. Tədqiqatçılar qeyd edirlər ki, bu hidrogenin çox hissəsini hasil etmək mümkün deyil. Bununla belə, onlar vurğulayırlar ki, ümumi ehtiyatların cəmi iki faizinin hasilatı dünyanın 200 illik enerji ehtiyacını ödəyə bilər.

Seçilən
4
1
news24.az

2Mənbələr