AZ

Tramp: Kanada ABŞ ştatı olacağı təqdirdə vergi və müdafiəyə qənaət edəcək

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Kanadanın ABŞ-a 51-ci ştat kimi qoşulmasını müzakirə edərkən vergi və müdafiə sahəsində əhəmiyyətli qənaətlərin kanadalılar üçün üstünlük ola biləcəyi fikrini ifadə edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə o, Truth Social sosial şəbəkəsində yazıb.

“Heç kim cavab verə bilməz ki, biz niyə Kanadaya ildə 100 milyard dollardan çox subsidiya veririk? Bunun mənası yoxdur! Bir çox kanadalılar Kanadanın ABŞ-ın 51-ci ştatı olmasını istəyirlər. Bu, onlara vergilərə və hərbi müdafiəyə xeyli pul qazandırar. İnanıram ki, “Bu, əla ideyadır. 51-ci dövlət!”, – deyə o vurğulayıb.

Qeyd edək ki, dekabrın 3-də Tramp Kanadanın baş naziri Castin Trüdo ilə görüşü zamanı onu hədələyib ki, əgər ölkə qanunsuz miqrasiya və narkotik qaçaqmalçılığı problemini həll etməsə, Kanada Amerika dövlətinə çevrilə bilər. Bir neçə gün sonra Tramp Kanada və Meksikanı bu ölkələrə subsidiya vermək əvəzinə ABŞ-a qoşulmağa dəvət edib.

Seçilən
0
1
nocomment.az

2Mənbələr