Slovakiyanın baş naziri Robert Fiko bildirib ki, münaqişə nəticəsində Ukrayna ərazisinin üçdə birini itirəcək və NATO-ya dəvət almayacaq.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “Dennik N” portalı məlumat yayıb.
“Ukrayna NATO-ya dəvət almayacaq, o, ərazisinin üçdə birini itirəcək”, – Fiko bildirib.
Qeyd edək ki, dekabrın 12-də Slovakiyanın baş naziri Robert Fiko bəyan edib ki, onun rəhbərliyi altında Slovakiya hakimiyyəti heç vaxt Ukraynanın NATO-ya daxil olmasını dəstəkləməyəcək. Elə həmin müsahibədə Fiko bildirib ki, o, Avropa ilə Rusiya arasında münasibətləri normallaşdırmaq istəyir və hazırkı qarşıdurmanı “anormal” hesab edir.
Öz növbəsində respublika prezidenti Peter Pelleqrini bəyan edib ki, Kiyevlə Moskva arasında münaqişə bitdikdən sonra Ukraynadan silahların və cinayətkar qrupların kütləvi şəkildə Slovakiyaya axması riski böyükdür.