AZ

Bədəvi Hüseynov dörd həftə yaşıl meydanlardan kənarda qalacaq

Azərbaycan millisinin və "Qarabağ" klubunun futbolçusu Bədavi Hüseynov dörd həftə yaşıl meydanlardan kənarda qalacaq.

Təcrübəli oyunçunun arxa bud əzələsində problem aşkarlanıb.

33 yaşlı müdafiəçi "Sumqayıt"a 5:0 hesabı ilə qalib gəldikləri matçın birinci hissəsində zədələnərək əvəzlənmişdi.

Qeyd edək ki, daha əvvəl "köhlən atlar"ın digər müdafiəçiləri Bəhlul Mustafazadə ilə Kevin Medina və yarımmüdafiəçi Aleksey İsayevin təxminən bir ay yaşıl meydanlardan kənarda qalacağı müəyyənləşib.

Seçilən
0
1
cbcsport.az

2Mənbələr