AZ

Politico: ABŞ minlərlə terrorçunun Suriya həbsxanalarından qaça biləcəyindən qorxur

ABŞ qorxur ki, İŞİD terrorçuları Suriyadakı həbsxanalardan kütləvi qaçış təşkil edə bilər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Amerika rəsmilərinə istinadən “Politico” məlumat yayıb.

Qəzetin məlumatına görə, qruplaşmanın minlərlə silahlısı və onların ailə üzvləri müvəqqəti həbsxanalarda saxlanılır. Onlar İraq, Suriya və Orta Asiya ölkələrindən gəliblər.

“Bu, saatlı bomba kimidir”, – deyə bir məmur bildirib.

O qeyd edib ki, Türkiyə Suriya Demokratik Qüvvələrinə qarşı bu hücumları dayandırmasa, həbsxanalardan kütləvi qaçışlar başlaya bilər.

ABŞ Mərkəzi Komandanlığının keçmiş rəhbəri Cozef Votel də qəzetə verdiyi şərhdə narahatlığını dilə gətirib.

Seçilən
0
1
nocomment.az

2Mənbələr