AZ

Tahirə Məğrur: "İndi kişiləri idarə etməyə nə var?"

"O vaxtlar" verilişinin yeni buraxılışı yayımlanıb...

Verilişin budəfəki sayında şairə Tahirə Məğrur sevgidən, gəlin-qayınana münasibətlərindən danışıb.

Zorla evləndirilməyindən söz açan şairə bildirib ki, sevgisiz qurulan ailənin təməli olmur.

"Ailəm razılığımı almadan məni ərə verdi. Amma 17 ildən sonra ayrıldıq, çünki sevgi olmadan ailə qurmaq olmaz. İndi kişiləri idarə etməyə nə var?! O, arvadın sözü ilə oturub-durur. Bu dövrdə sevgi yoxdur, evlənirlər, üç ay sonra isə boşanırlar. Gənclər sosial şəbəkələrdə tanış olur, səhər gedib görüşürlər. Sevgi hissi içəridə qaynamalıdır, onun qəlbdə kökü olmalıdır. Məhəbbət zamanla yaranır", - deyə o qeyd edib.

Tahirə Məğrurun sözlərinə görə, gəlin gəldiyi ailəyə uyğunlaşmalıdır:

"Mən pis qayınana olmuşam, ona görə də gəlinimdən ayrıyam. Yaxşı qayınana var?! Heç bir gəlin qayınanasını anası qədər sevməz. Özüm yaxşı gəlin olmuşam. Yoldaşım başqa qadının yanında idi. Qayınanam xəstələnmişdi, "mənim bir gəlinim var, onun yanına getmək istəyirəm" dedi. Gəldi, onun qayğısına qaldım. Əgər pis gəlin olsaydım, o, yanıma gəlməzdi, oğlu haradadırsa, ora gedərdi".

Ətraflı Baku TV-nin süjetində:

Poliqon.info

Seçilən
4
1
poliqon.info

10Mənbələr